سؤوداگر
Carl Sandburg
کارل ساند بئرگ

چئویرهن: علیرضا آقازاده
ایکی یول قوْووشان یئرده
قارانلیغا سؤیکهنیب
بیر قادین
کؤلگهلر ایچنده
گؤزلهییر
بیر پولیس گؤزونه توخونجاق قاچسین
بیتگین سوموکلر اوزهرینه رسیملهنمیش اوزونده
سینیق بیر گولوشو یامسیلاییر
و اومودسوز گؤزلر
پوزولموش گؤزهللیییندهن
سولوق گؤودهسیندهن
ایتمیش ایستکلریندن
گلیب-گئدنلرین ایستهدیکلرینی وئریر
بوتون گئجهنی
آنجاق
کیمسه آلان دئییل
Sövdagər
Carl Sandburg
Çevirən: Alirıza Aqazadə
İkı yol qovuşan yerdə
Qaranlığa söyəkənib
Bir qadın
Kölgələr içəndə
Gözləyir
Bir polıs gözünə toxuncaq qaçsın
Bitgin sumuklər üzərinə rəsimlənmiş üzündə
Sınıq bir gülüşü yamsılayır
Və umudsuz gözlər
Pozulmuş gözəlliyindən
Soluq gövdəsindən
İtmiş istəklərindən
Gəlib-gedənlərin istədiklərini verir
Bütün gecəni
Ancaq
Kimsə alan deyil
|
+| یازیلیب seyid heydər bəyat در دوشنبه چهارم شهریور 1387 و ساعات 3:9 |